Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azə rbaycan - Türkiyə .
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azə rbaycan - Türkiyə .
Bir millə tik, iki dövlə t
Eyni arzu, eyni niyyə t.
Hə r ikisi cümhuriyyə t
Azə rbaycan-Türkiyə .
Birdir bizim hə r halımız—
Sevincimiz - mə lalımız.
Bayraqlarda hilalımız
Azə rbaycan - Türkiyə .
Ana yurdda - yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azə rbaycan - Türkiyə .
Bahtiyar Vahapzade